İl ərzində Kəlbəcər Şəhər KSES layihəsi üçün 42 kilometrlik boru, həmçinin Qubadlı rayonu, Eyvazlı KSES layihəsi üçün isə 36 kilometrlik boru daşınaraq təyinat nöqtəsinə çatdırılmışdır. Daşınmalar yüksək təhlükəsizlik standartlarına uyğun şəkildə, vaxtında və keyfiyyətli icra edilmişdir. SSSUN MMC-nin peşəkar komandası və müasir texniki imkanları sayəsində layihələrin fasiləsiz və operativ şəkildə həyata keçirilməsi təmin olunmuşdur. Görülən işlər regionlarda enerji infrastrukturunun inkişafına mühüm töhfə vermiş və şirkətimizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmişdir.
Partnyorlar